İsrailli məhbuslara kütləvi Hannibal Protokolu tətbiq olundubackend

İsrailli məhbuslara kütləvi Hannibal Protokolu tətbiq olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7-də HƏMAS-ın hücumunda çox sayda mülki həlak olması və İsrail mətbuatında hücuma müdaxilə edən İsrail hərbi vertolyotlarının Həmas üzvləri ilə yanaşı mülki vətəndaşları da vurması xəbəri İsrail ordusunun məlum doktrinanı tətbiq edib-etməməsi ilə bağlı müzakirələrə səbəb olub.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, mövzu ilə bağlı Haaretz qəzetinə danışan İsrailli döyüş pilotu polkovnik-leytenant Erez, 7 oktyabrda Həmas hücumuna müdaxilə edən İsrail qüvvələrinin əsir düşmə riski olan israillilərin öldürülməsini şərtləndirən “Hannibal Protokolu”nu həyata keçirmiş ola biləcəyinə diqqət çəkib.

Erez xatırladıb ki, sözügedən Hannibal protokolu İsrail ordusu tərəfindən 30 il əvvəl Livanda baş verən hadisələr əsasında planlaşdırılıb.

İsrail polkovnik-leytenantı HƏMAS-ın hücum etdiyi gün döyüş təyyarələri və pilotsuz təyyarələrin atəş açmağa başladığı zaman girovların vurulub-vurulmadığının bilinmədiyini deyib: “Hannibal Protokolu məqsədyönlüdür və buna qərar verilibsə, həyata keçirilib”.

//Səbinə Hüseynli, Editor.az