İsrailin Qəzzaya hücumlarına rəhbərlik edən şəxslərdən olan keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotun oğlunun Cibaliyedə tunelin girişində bombanın partlaması nəticəsində həyatını itirdiyi bildirilib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, quru əməliyyatını bütün Qəzzanı əhatə edəcək şəkildə genişləndirən İsrail ordusunun verdiyi itkilər də artır.
Qeyd edək ki, Qəzzada baş verən qarşıdurmalarda 89 İsrail əsgəri həlak olub.
//Səbinə Hüseynli, Editor.az

