İstanbul Aydın Universiteti Gəncə və Şəkidə Bilik Olimpiadası keçirəcəkbackend

İstanbul Aydın Universiteti Gəncə və Şəkidə Bilik Olimpiadası keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin nüfuzlu İstanbul Aydın Universitetinin təşəbbüsü ilə 11 və 12 may tarixlərində Azərbaycanın Gəncə və Şəki şəhərlərində Bilik Olimpiadası təşkil olunacaq. Universitetin Azərbaycan təmsilçiliyindən daxil olan məlumata görə, Olimpiadanın keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinin müxtəlif fənlər üzrə bilik və bacarıqlarını üzə çıxarmaq və şagirdlərin təhsilə olan marağını təşviq etməkdir.

Bilik Olimpiadasında fərqlənən şagirdlərə İstanbul Aydın Universitetinin xatirə hədiyyələri və sertifikatları təqdim olunacaq.

//Editor.az