İstanbul Sabiha Gökçen Hava Limanında yerləşən “Duty Free” mağazasında oğurluq baş verib. Editor.az Türkiyənin “havasosyalmedya.com” platformasına istinadən xəbər verir ki, hadisəni törədən şəxslərin “AJe”t aviaşirkətinin İstanbul-Bakı reysinə mindiyi müəyyən edilib.
Mağaza əməkdaşları tərəfindən hadisə barədə dərhal polisə məlumat verilib. Təyyarə heyətinə xəbərdarlıq edilib və hava gəmisinin park vəziyyətində qalması təmin olunub.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi axtarış zamanı oğurlanmış məhsullar aşkarlanıb. Hadisədə iştirak edən sərnişinlər polis müşayiəti ilə təyyarədən endirilib.
Baş verən insident səbəbindən AJet-in VF179 saylı Sabiha Gökçen–Bakı reysi qısa gecikmə ilə həyata keçirilib.
//Editor.az

