İstanbul birjasında əməliyyatlar dayandırıldıbackend

İstanbul birjasında əməliyyatlar dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Fond Birjasında çökmə davam edir.

Oxu.Az “Türkiye” qəzetinə istinadən xəbər verir ki, Türkiyə vaxtı ilə 10:52-də alqı-satqı dayandırılıb.

İtkilər davam etdiyindən birja 11:27-də bağlanıb.

Günə 0,53% enişlə və 9.758,53 indekslə başlayan birjada yerli vaxtla 10:12-də eniş 5%-ə çatıb. Bu səbəbdən də alqı-satqının dayandırılmasına qərar verilib.

“Saat 10:52-dən etibarən indeksin söndürülməsi sistemi işə salınıb. Birjanın səhm, füçers və opsiya bazarlarında ticarət edilən səhm və səhm indekslərinə əsaslanan müqavilələr, Dövlət Qiymətli Borc Bazarında isə əməliyyatlar müvəqqəti olaraq dayandırılıb”, – İstanbul Fond Birjasının açıqlamasında deyilir.