Neft tankerində yaranan nasazlıq səbəbindən İstanbul boğazı bu gün bütün istiqamətlərdə müvəqqəti olaraq bağlanıb.
“Rumıniyadan Liviyaya gedərkən İstanbul boğazının şimal girişində171 metr uzunluğunda olan tankerin mühərrikində nasazlıq yaranıb”, – Sahil Mühafizəsinin Baş Qərargahından bildiriblər.
“Sredina” neft tankeri Panama bayrağı altında üzür. Qeyd edək ki, İstanbul boğazı Qara dənizi gəmilərin Aralıq dənizinə girə biləcəyi Mərmərə dənizi ilə birləşdirir.
//Samir Qurbanov, Editor.az