İstanbul boğazı bağlanıbbackend

İstanbul boğazı bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görünüşün zəifləməsi və qalın duman İstanbulda dəniz nəqliyyatının bağlanmasına səbəb olub.

Editor.az bildirir ki, məlumatı Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi yayıb. Görülən təhlükəsizlik tədbirləri ilə bütün istiqamətlərdə dəniz nəqliyyatının hərəkəti dayandırılıb. Türkiyənin TRT kanalının məlumatına görə, elə səhər saatlarından zəif görmə müşahidə olunub.

Dumanın əsas hissəsi Boğazın şimalında, Qara dənizə yaxın ərazidə formalaşıb. Bundan əlavə, boğazdan keçən avtomobil körpülərində də görünürlük azalıb. Şəhərin Asiya hissəsindən gələn magistral yollarda da nəqliyyatın hərəkətində çətinlik var.

//Samir Qurbanov, Editor.az