İstanbul danışıqlarında ABŞ nümayəndəsi də iştirak edəcəkbackend

İstanbul danışıqlarında ABŞ nümayəndəsi də iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda ABŞ nümayəndəsinin iştirak edəcəyini bildirib.

O, mayın 16-da İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ukrayna nümayəndə heyəti ilə görüşəcəyini açıqlayıb. “Mən onlarla görüşəcəyəm. Komandamızdan kimsə Rusiya ilə danışıqlara cəlb olunacaq. Onlar aşağı səviyyəli qrup göndəriblər”, – deyən dövlət katibi Rusiya ilə Ukrayna arasında danışıqların Türkiyə və ABŞ nümayəndələrinin iştirakı ilə baş tutacağına ümid etdiyini bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna tərəfinin İstanbulda atəşkəsi müzakirə etmək niyyətində olduğunu açıqlayıb. Rusiyalı diplomatlar isə “mümkün kompromisləri” müzakirə etməyi düşünür.

//Samir Qurbanov, Editor.az