Türk Hava Yolları İstanbula gələn və İstanbuldan uçan 56 reysi ləğv edib.
Editor.az bildirir ki, bu barədə aviaşirkətin mətbuat xidməti xəbər verib.
Şirkətin əməkdaşı Yəhya Üstyun bildirib ki, reyslər şəhərdəki əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib. O, həmin reyslərin siyahısını açıqlamayıb və müştərilərə veb saytında statusu yoxlamağı tövsiyə edib.
Onu da əlavə edək ki, İstanbul “Sabiha Gökçen” hava limanına uçuşlar daha çox gecikmələrə məruz qalır.
//Samir Qurbanov, Editor.az

