İstanbul metrosunun “Vəznəcilər” stansiyasında yanğın baş verib.
Editor.az xəbər verir ki, bu barədəTürkiyənin NTV telekanalı xəbər verib. Qeyd olunur ki, Türkiyə şəhərinin Avropa hissəsində yerləşən stansiyada eskalatorun mühərrik hissəsi yanıb. Hazırda yanğınsöndürənlər hadisə yerindədir və yanğını söndürməklə məşğuldurlar.
Onu da əlavə edək ki, stansiyanı tamamilə tüstü bürüyüb. İnsanlar arasında güclü təşviş baş verib.
//Samir Qurbanov, Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!