“İstanbul Meyhane”də nə baş verir?-ŞOK İDDİALARbackend

“İstanbul Meyhane”də nə baş verir?-ŞOK İDDİALAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda fəaliyyət göstərən restoranlar şəbəkəsindən biri də “İstanbul Meyhane”dir.
Bu restoranlar şəbəkəsinin Bakıda bir neçə filialı var. Sonuncu Bilgəh filialının açılışı ötən ay oldu. Və qalmaqalla yekunlaşdı.
Birinci ondan başlayaq ki, ölkənin paytaxtında bu qədər restoranlar şəbəkəsinə ehtiyac varmı..?
Niyə ölkəmizə təşrif buyuran türk qardaşlarımız ancaq restoranlar şəbəkəsinin açılmasına üstünlük verirlər?
Niyə bunun biri fabrik, zavod açmağa deyil, restoranlar açmağa bu qədər həvəslidirlər ?
Söhbət sovet dövründəki iri fabrik və zavodlardan getmir. Bu gün dünyada mini fabriklər var ki, xeyli sayda insan çalışır.
Ölkəmizə gələnlər hamısı restoranlar şəbəkəsi açmağa, az qoyub çox götürməyə, müftə qazanc əldə etməyə can atırlar. Buna bir dövlət nəzarəti olmalıdır.
Təsəvvür edirsiniz, “İstanbul Meyhane Bilgah” restoranının bir ay öncəki açılış konsertində 1 nəfərlik biletin qiyməti 200-500 manat arasında olub.
Koronavirusla, pandemiya ilə bağlı bütün dünyada iqtisadi böhran yaşanır, Azərbaycanda isə insanlar gündəlik 5-10 manata işləyib çörək qazanırlar.
Axı, Azərbaycanda kim konsertə bilet üçün 500 manat verə bilər?
Əlbəttə, ancaq harınlamış məmurların qudurmuş balaları.
Başqa kim ola bilər ?
Bəlkə şəhid balası, bəlkə qazinin ailəsi ?
Bax, ölkəmizə təşrif buyuran türk restoranları da məhz harın məmur balalaraına hesablayıb, heç nə xərcləmədən milyonlar qazanmaq istəyirlər.
Qazanırlar cəhənnəmə qazansınlar. Bəs ölkəmizin qanunlarını niyə ayaq altına atırlar ?
Bəli, dünya pandemiya ilə vuruşur, karantin qaydalarına ciddi əməl edir.
Bizdə isə hansısa türk restoranının 500 manata bilet satmağı cəhənnəmə, hələ insanlarlımızı da qorxunc xəstəliyə kütləvi yoluxdurur.
Təsəvvür edirsiniz, pandemiyanın ən qorxulu vaxtında bu restoran Türkiyədən müğənni dəvət edir, konkret desək, Mustafa Cecelinin konsertini təşkil edir.
Və buna görə, Daxili İşlər Nazirliyi, Operativ Qərargah hərəkətə keçirlər və restoran 4000 manat cərimələnir.
Ən dəhşətlisi odur ki, Cecelidən sonra restoran Allah qoymasa, Alişanı Bakıya dəvət edir.
Bu artıq həyasızlığın son həddidir.
Birincisi, 4000 manat cərimə, bu restoran üçün cüzi puldur, çüki 500 manata bilet satan restoran üçün 4000 manat nədir ki ? 8 nəfərin bilet pulu.
Digər tərəfdən, bu restoranın sahibi ölkənin güc nazirliyinin xəbərdarlığını vecinə də almır. Və öz cinayət əməlini davam etdirir.
Beləsini cərimə eləmək lazım deyil, atmaq lazımdır həbsxanaya ki, ağlı başına gəlsin.
Restoranın sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə kimdir, nəçidir ki, dövlətimizin qanunlarını saymır ?
Ən dəhşətlisi bilrsiniz nədir ?
Bizim manıs tayfası isə bu qanunsuzluqlara bəraət qazandırır.
Səsindən başqa hər şeyi olan manıs nüğənnimiz Ədalət Şükürov deyir ki, bəs sənət adamları haradan dolansınlar: “ İncəsənət məhv olur, bəs müğənnilər nə ilə dolansın”.
Buna deyən lazımdır ki, sənətin, incəsənətin sənə nə dəxli var ?
Dolanmaq istəyirsənsə, get, bazarda araba bas…
Sənin kimilərin dolanması üçün xalq kütləvi xəstəliyə yoluxmalıdır, ayy…..
Yazını restoran sahibinin bir əməli ilə bitiririk:
DİN-in, Nazirlər Kabineti yanında Operativ Qərargahın və digər dövlət qurumlarının xəbərdarlığına baxmayaraq, restoran yeni konsertlərin afişasını sosial med

//gundelik-baku.com