Türkiyə hüquq-mühafizə orqanları İstanbul küçələrinin qeyri-qanuni miqrantlardan təmizlənməsinə yönəlmiş proqramın nəticələri barədə məlumat verib.
Belə ki, son bir ay ərzində 21 min miqrant müəyyən edilərək deportasiya edilib.
Editor.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib. Onun sözlərinə görə, Türkiyədə qalmaq hüququ olmayanların hamısı tezliklə oranı tərk edib.
Nazir qeyd edib ki, barmaq izlərini və şəxsiyyəti təsdiq edən sənədləri operativ şəkildə yoxlamağa imkan verən avadanlıqla təchiz edilmiş səyyar miqrasiya keçid məntəqələri layihəsi sayəsində heyranedici nəticələr əldə olunub.
//Samir Qurbanov, Editor.az