İstanbul razılaşmaları indi də Ukrayna ilə münaqişəyə son qoymaq üçün istifadə edilə bilər – Vladimir Putinbackend

İstanbul razılaşmaları indi də Ukrayna ilə münaqişəyə son qoymaq üçün istifadə edilə bilər – Vladimir Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul razılaşmaları hələ də Ukrayna ilə münaqişəyə son qoymaq üçün sülh danışıqları üçün əsas kimi istifadə edilə bilər.

O, həmçinin Rusiyanın danışıqlardan imtina etmədiyini və sülh yolu ilə nizamlanma şərtlərini müzakirə etməyə hazır olduğunu bir daha vurğulayıb.

Editor.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Astanada keçirilən ŞƏT sammitində çıxış edən Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna ilə İstanbul sazişlərinin hazırlanmasında vasitəçilik etdiyinə görə təşəkkür edib.

Dövlət başçısının sözlərinə görə, 2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında aparılan təkbətək danışıqlar zamanı hazırlanmış atəşkəsin şərtləri və prinsipləri “heç yerə getməyib”: “Bu razılaşmalar Ukrayna danışıqlar heyətinin rəhbəri tərəfindən paraflanıb, bu o deməkdir ki, onlar Ukrayna üçün kifayət qədər uyğun idi – İstanbul razılaşmaları masada qalır və bu danışıqların davamı üçün əsas kimi istifadə oluna bilər, – Putin bildirib.

//Samir Qurbanov, Editor.az