İstanbul sahillərində Ağva mayakının yaxınlığında dəniz minası aşkar edilib.
Bu barədə “Haber Türk” məlumat yayıb. Hadisə şahidləri təhlükəli obyekti görüblər, bundan sonra ora istehkamçılar cəlb olunub.
Materiala əlavə edilən videoda dalğalar minanı sahilə doğru qaldırır. Ekspertlər bunun hərbi qurğu olduğunu təsdiqləyiblər. Fövqəladə vəziyyətlə əlaqədar çimərliklər və ətraf ərazilər müvəqqəti olaraq insanların üzünə bağlanıb. Bu gün səhər saatlarında minatəmizləmə işlərinin aparılması planlaşdırılır.
İyunun 29-da oxşar mina Ereğli şəhərində sahildən 60 m aralıda tapılıb. Bundan sonra səlahiyyətlilər minalardan təmizləmə işləri aparmaq üçün çimərlikləri 20 saat müddətinə bağlamaq qərarına gəliblər.
//Samir Qurbanov, Editor.az