İstanbul üçün “həyacan siqnalı” verildibackend

İstanbul üçün “həyacan siqnalı” verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 45 min nəfəri ötüb.

Editor.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri yazıb. Bu faciə türkiyə səlahiyyətlilərini zəlzələyə meyilli və əhalinin sıx məskunlaşdığı şimal-qərb bölgəsində oxşar təkanlarla necə mübarizə aparmaq barədə düşünməyə vadar edib.

Bu baxımdan ölkənin ticarət mühərriki olan 16 milyonluq İstanbulun taleyi daha çox narahatlıq doğurur. 1999-cu ildə üç ay fərqlə baş verən iki zəlzələ burada 20 minə yaxın insanın ölümünə səbəb olmuşdu. Geoloqlar bildirirlər ki, bu bölgədə daha bir güclü zəlzələnin baş verməsi mümkündür.

  //Samir Qurbanov, Editor.az