İstanbul Valisi Ali Yerlikaya Türkiyədə səfərdə olan “İslahatçı Gənclər” İctimai Birliyi Fərid Şahbazlı və Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərlini qəbul edib.
Görüşdə çıxış edən Vali Yerlikaya Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq, qardaşlıq və strateji əməkdaşlıq əlaqələrindən bəhs edərək bu əlaqələrin inkişafında gənclərin də üzərinə böyük vəzifələrin düşdüyü qeyd edib.
Çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Valiyə qəbul üçün təşəkkür edib. O, bildirib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər, qardaşlıq və dostluq əlaqələri bütün dünya üçün örnəkdir. Şahbazlı bildirib ki, Azərbaycan və Türkiyə gəncləri bundan sonra da bütün platformalarda birlikdə hərəkət edərək iki ölkənin maraqlarını qorumağa davam edəcəklər.



