Ərbaa-İstanbul marşrutu üzrə 33 sərnişini daşıyan avtobus naməlum şəxs tərəfindən tüfəngdən atəşə tutulub.
Editor.az bildirir ki, bu barədə Türkiyənin “Habertürk” məlumat yayıb. Məlumatda qeyd olunur ki, sürücü güllə səslərini eşidən kimi maşını saxlayıb.
Avtomobilə baxış zamanı məlum olub ki, güllə mühərrikin qapağına dəyib, dizel filtri də sıradan çıxıb. Hadisə yerinə baxış keçirən polis əməkdaşları 3 ədəd giliz tapıblar. Xoşbəxtlikdən avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb. Onların hamısı başqa reyslə İstanbula göndərilib.
//Samir Qurbanov, Editor.az

