Ərəb Baharı tərəfindən devrilən Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin həbsdə olan oğlu Sədi Qəddafi azad edildikdən sonra şəxsi təyyarə ilə İstanbula gəlib.
Editor.az xəbər verir ki, Liviyada yayımlanan” Fevral” kanalı Qəddafinin şəxsi təyyarə üçün çəkilmiş fotosunu yayımlayıb.

Qeyd edək ki, Sadi Liviya baş nazir Əbdülhəmid Dibeybenin razılığı ilə sərbəst buraxılıb.

