İstanbulda aparılan danışıqlardan sonra buğdanın qiyməti aşağı düşübbackend

İstanbulda aparılan danışıqlardan sonra buğdanın qiyməti aşağı düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən İstanbulda baş tutan Rusiya-Ukrayna sülh danışıqlarından sonra irəliləyiş əldə edildiyinə dair açıqlamalar Euronext Parisdə buğdanın qiymətinin aşağı düşməsinə səbəb olub.

Editor.az xəbər verir ki, Parisdə may ayı üçün buğdanın qiyməti dünən 12,25 avro və 3,3 faiz azalaraq 357,50 avro/ton olub. Bu, martın 3-dən bəri ən aşağı rəqəmdir.

Digər tərəfdən, CBOT-da iyul ayı tədarükü üçün buğdanın qiyməti dünənki 1,24% azalmadan sonra 0,3% artımla 10,1225dollar/buşelə satılır.

//Gülnarə Abasova, Editor.az