İstanbulda atışmada yaralanan azərbaycanlı aktyor öldübackend

İstanbulda atışmada yaralanan azərbaycanlı aktyor öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident zamanı ağır xəsarət alan azərbaycanlı aktyor Kamran Dadaşzadə ölüb.

Editor.az APA-ya istinadən bildirir ki, o, müalicə aldığı Cərrahpaşa xəstəxanasında keçinib.

Qeyd edək ki, mayın 23-də İstanbulun Fatih rayonunda atışma zamanı güllələrdən biri Kamran Dadaşzadənin baş nahiyəsinə tuş gəlib.

Xatırladaq ki, Kamran Dadaşzadə Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. Türkiyədəki aktyorluq fəaliyyəti müddətində “Kurtlar Vadisi”, “Savaşçı”, “Kardeş Payı” və “Servet” seriallarında çəkilib.