İstanbulda bir evdə üç meyit tapıldı: Başlarından silahla vurulublar – FOTObackend

İstanbulda bir evdə üç meyit tapıldı: Başlarından silahla vurulublar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda baş nahiyələrində güllə izi olan üç meyit tapılıb.

Məhəllə sakini Vahit Ateşdən (44 yaş) xəbər ala bilməyən qonşuları onun yaşadığı evə gediblər. Pəncərədən baxarkən həmin şəxsi və iki qadını döşəmədə qan içində görüblər.

Hadisə yerinə çağırış üzrə tibb işçiləri və polislər gəliblər. Yerdə hərəkətsiz halda olan şəxslərin öldükləri məlum olub.

V.Ateşin yanındakı qadınların 18 yaşlı Tülay Vural və 24 yaşlı Merve Özturan olduqları müəyyən edilib. Evdən ov silahı tapılıb.

Polis həmin şəxsləri öldürərək hadisə yerindən qaçdığı ehtimal edilən adamın axtarışlarına başlayıb.

İlkin ehtimala görə, hadisə narkotik maddə üstündə olub.

Oxu.az