İstanbulda çimərlikdə növbətçi olan xilasedicilər sahildə partlayıcı ilə doldurulmuş reaktiv qurğu tapıblar. Ehtimallara görə, o, Ukrayna Hərbi Dəniz Qüvvələrinə aiddir.
Editor.az bildirir ki, bu barədə “Milliyet” qəzeti yazır. İstanbul valisi Davud Gül verdiyi açıqlamada, “Qara dənizin şimalından gəldiyi iddia edilən 3 metr uzunluğunda və 1 metr enində olan pilotsuz dəniz vasitəsi bölgəyə gələn hərbi qruplar tərəfindən mühafizəyə götürülüb”, – deyə bildirib.
Reaktiv vasitənin zərərsizləşdirilməsi ilə hərbçilər məşğul olacaq. Türkiyə hüquq-mühafizə orqanları partlayıcı yüklü vasitənin İstanbul sahilinə necə düşdüyünü araşdırır.
//Samir Qurbanov, Editor.az

