İstanbulda bir şəxs mübahisə etdiyi qonşusunu bıçaqlayıb.
Editor.az musavat.com-a istinadən bildirir ki, həmin şəxs daha sonra qonşusunun avtomobilini yandırıb.
Hadisəni törədən şəxs polis qrupları tərəfindən yaxalanıb. Yaralı şəxs isə xəstəxanaya çatdırılıb. Hadisə anları mobil telefonun kamerası ilə lentə alınıb.

