İstanbulda dəhşətli zəlzələ gözlənilir – 100 min adam ölə bilərbackend

İstanbulda dəhşətli zəlzələ gözlənilir – 100 min adam ölə bilər 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CNN International Türkiyədə dəhşətli zəlzələnin ola biləcəyilə bağlı xəbərdarlıq edib. Məşhur telekanal zılzələnin baş verəcəyi coğrafiyanı da açıqlayıb: Bu dəfə İstanbul silkələnəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu “Hürriyet” qıəzeti məlumat yayıb. Nəşr İstanbulun iki fay xəttinin yaxınlığında yerləşdiyini xatırladaraq, yaxın 20 ildə Türkiyənin ən böyük şəhərində zəlzələnin olacağını iddia edib.

CNN telekanalına açıqlamasında professor Celal Şengör bu ehtimalı yüksək qiymətləndiirb: “Əlbəttə, bu bir ehtimaldır. Amma bu ehtimalın həqiqət olması mümkündür”.

Nüfuzlu elm adamı deyib ki, İstanbul zəlzələsinin 7.2 – 7.8 bal gücündə olacağı gözlənilir. Onun sözlərinə görə, bu dəfə dağıntı və insan itkisi Kahramanmaraş zəlzələsindən azı iki dəfə çox olacaq: “Mənim təxminlərinmə görə İstanbul zəlzələsində 100 min adam həyatını itirəcək. Əlbəttə, onların hamısı dağıntılar altında qalıb ölməyəcək. Bir çox insan stressdən və zəlzələdən sonra meydana gələcək yoluxucu xəstəliklərdən dünyasını dəyişəcək”.

CNN apardığı araşdırma nəticəsində İstanbulda baş verəcək zəlzələ nəticəsində ən azı 90 min binanın dağılacağını iddia edib. Telekanl zəlzələdən sonra 4,5 milyon insanın evsiz qalacağını bildiirb. Zəlzələnin İstanbulla yanaşı, Türkiyənin digər şəhərlərində də güclü dağıntılara və tələfata səbəb ola biləcəyi vurğulanıb.