Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa arasında görüş baş tutub.
Oxu.Az bu barədə “Türkiye gazetesi”nə istinadən məlumat verir.
Görüş İstanbuldakı Dolmabahçe sarayında baş tutub. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın, Suriyanın xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani və digər rəsmi şəxslər iştirak ediblər.
Görüş qapalı keçirilib.