Hava istiliyinin 42 dərəcəyə çatdığı İstanbulun Haramidere şəhərində metrobus yolunda asfaltda qismən ərimə baş verib.
Editor.az Haberglobal-a istinadən xəbər verir ki, metrobüs yolları İstanbulda istidən təsirlənib. 17 iyulda yüzlərlə metrobüsün dayandığı Haramidere Metrobüs Durağında asfaltda ərimə meydana gəlib.
Metrobüs dayanacağından istifadə edənlər, nəqliyyat vasitələrinin istiliyi və ağırlığı səbəbindən asfaltın əriyə biləcəyini bildiriblər.


//Gülnarə Abasova, Editor.az

