İstanbulda 100 min binada insanların ölüm gözlədiyini bilirik. Gəlin əvvəlcə bu insanlarla məşğul olaq.
Bunu türkiyəli seysmoloq Naci Görur deyib.
Ekspert növbəti zəlzələləri gözləmədən risklərin idarə edilməsi sisteminin tətbiqinin zəruriliyini bildirib.
“İstanbullular zəlzələyə hazır və məlumatlı olmasalar, siz heç vaxt İstanbulu zəlzələyə hazırlaya bilməyəcəksiniz. İstanbulda zəlzələ mədəniyyəti olsaydı, qeyri-qanuni binalar tikilməzdi” deyən seysmoloq, “güclü zəlzələlərin başlayacağı bir dövrə qədəm qoyuruq” deyib.
Xatırladaq ki, Türkiyənin Qəhrəmanmaraş vilayətində fevralın 6-da bir neçə dəqiqəlik fasilə ilə 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib.
Zəlzələ nəticəsində 55 mindən çox insan həlak olub
Publika.az