İstanbulda kilsəyə hücumla əlaqədar 47 nəfər saxlanıldı: onların arasında Rusiya və Tacikistan vətəndaşları da varbackend

İstanbulda kilsəyə hücumla əlaqədar 47 nəfər saxlanıldı: onların arasında Rusiya və Tacikistan vətəndaşları da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda kilsəyə hücumla əlaqədar 47 nəfər saxlanıldı: onların arasında Rusiya və Tacikistan vətəndaşları da var

Rusiyanın İstanbuldakı Baş Konsulluğu Türkiyənin Daxili İşlər Nazirliyindən katolik kilsəsinə hücumla bağlı saxlanılan rusiyalı haqqında məlumat istəyib.

Editor.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib. “Biz Daxili İşlər Nazirliyinə müraciət etdik. Cavab gözləyirik… Onun şəxsiyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir, konsulluq əməkdaşının onunla əlaqə saxlaması xahiş olunur”, – Baş Konsulluğun nümayəndəsi deyib.

Xatırladaq ki, kilsəyə hücum dünən, yanvarın 28-də baş verib. KİV-in məlumatına görə, səhər saatlarında maskalı iki nəfər kilsəyə yaxınlaşaraq atəş açıb, nəticədə bir nəfər ölüb. “Reuters”in məlumatına görə, hücumun İŞİD üzvləri tərəfindən törədildiyi güman edilir. Yanvarın 29-da Türkiyə hüquq-mühafizə orqanları kilsəyə hücumda əli olmaqda şübhəli bilinən 47 nəfəri saxlayıb. Hücumda Rusiya və Tacikistan vətəndaşları şübhəli bilinir.

//Samir Qurbanov, Editor.az