Polis fevralın 6-da İstanbulda məhkəmə binasına baş verən hücumun üçüncü iştirakçısını yaxlayıb.
Editor.az bildirir ki, bu barədə Türkiyə mətbuatı yazıb. “Polis hadisə yerindən qaçan daha bir hücum iştirakçısını saxlayıb.
O, yaralı halda ələ keçirilib”, – “Sabah” qəzeti xəbər verir. Daha əvvəl xəbər verildiyi kimi, hücumun digər iki iştirakçısı öldürülmüşdü.
//Samir Qurbanov, Editor.az

