İstanbulda məhkəmə binasının qarşısında atışma nəticəsində üçü polis olmaqla 5 nəfər yaralanıb. Hücum edənlərdən ikisi öldürülüb.
Editor.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Erlikaya X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb. “Bu gün Çağlayanda İstanbul ədliyyəsinin nəzarət-buraxılış məntəqəsinə hücum edilib. İki hücumçu – biri qadın və biri kişi olmaqla öldürülüb.
Üçü polis olmaqla 5 nəfər yaralanıb”, –Erlikaya yazıb. Türkiyənin TRT telekanalının məlumatına görə, hücum yerli vaxtla saat 11:46-da baş verib. Hadisə yerinə polis və tibb qrupları gəlib. Daxili İşlər Nazirliyinin rəhbəri hücum edənlərin DHKP/C (İnqilabçı Xalq Qurtuluş Partiyası) terror təşkilatının üzvləri olduğunu bildirib.
//Samir Qurbanov, Editor.az

