İstanbulda otel gülləbaran edildibackend

İstanbulda otel gülləbaran edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda otellərdən birinə silahlı hücum olub. “İstanbulun Küçükçekmece bölgəsində 4 mərtəbəli otel binasına uzun lüləli silahla hücum edilib.

Güllələr sərnişinlərin olduğu yoldan keçən avtobusa da dəyib. Hazırda hücumu törədən şəxs və ya şəxslərin axtarışı aparılır”.

Editor.az Türkiyə mətbuatına istinadən bildirir ki, otelin və avtobusun şüşələri sındırılıb. Atışma nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Küçükçekmece İstanbulun Avropa hissəsinin cənub-qərbində yerləşir.

//Samir Qurbanov, Editor.az