İstanbulun Bahçelievler məhəələsində 6 mərtəbəli binanın üst mərtəbəsində qaz sızması partlayışa səbəb olub.
Partlayış dalğası bu və qonşu binaların şüşələrini sındırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, həkimlər xəsarət alan 4 nəfərdən ikisinin vəziyyətini ağır kimi qiymətləndirirlər.
Hadisə yerində yanğınsöndürənlər və təcili yardım maşınları işləyir. Hadisə ilə bağlı araşdırma aparılır.
//Samir Qurbanov, Editor.az