İstanbulda PKK-nın gənclik təşkilatına qarşı əməliyyat: Saxlanılır varbackend

İstanbulda PKK-nın gənclik təşkilatına qarşı əməliyyat: Saxlanılır var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda PKK-nın gənclər təşkilatı DGH-yə qarşı keçirilən əməliyyatda 7 şübhəli saxlanılıb.

Editor.az “TGRT XƏBƏR”ə istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyinin Kəşfiyyat Şöbəsi və Terrorla Mübarizə İdarəsi, PKK-nın gənclik strukturuna daxil olan bəzi şübhəliləri təsbit edib.

Bu gün səhər saatlarında İnqilabçı Gənclik Hərəkatı adlanan quruplaşmanın tərkibində fəaliyyət göstərən təşkilat üzvlərinin tutulması əməliyyatı üçün düyməyə basılıb. İstanbulda xüsusi əməliyyat qrupları tərəfindən iki fərqli rayonda 8 ünvanda eyni vaxtda həyata keçirilən əməliyyatda 7 şübhəlinin yaxalandığı bildirilib.

Əməliyyat çərçivəsində iqamətgahlarda aparılan axtarışlarda şübhəlilərə aid rəqəmsal materiallar və sənədsiz ov tüfəngi ələ keçirilib. Şübhəlilər Polis İdarəsinə təhvil verilib.

//Samir Qurbanov, Editor.az