İstanbulda Rusiya-Türkiyə danışıqları başlayıbbackend

İstanbulda Rusiya-Türkiyə danışıqları başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda Yaxın Şərqdəki vəziyyətlə bağlı Rusiya-Türkiyə danışıqları başlayıb.

Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiyanı isə xarici işlər nazirinin müavini Mixail Boqdanov rəhbərlik edir. Məsləhətləşmələr qapalı formatda keçirilir. Danışıqlar zamanı Rusiya və Türkiyə nümayəndələri Suriya və Yaxın Şərq münaqişə zonasındakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar.

Xatırladaq ki, bu həftə Suriya prezidenti Əhməd əl-Şaraa “The New York Times” qəzetinə müsahibəsində deyib ki, Suriya hakimiyyəti Rusiya və Türkiyə ilə yeni razılaşmalar üzrə danışıqlar aparır. əl-Şaraanın şərhlərindən belə çıxır ki, söhbət hərbi razılaşmalardan gedir. Onun sözlərinə görə, Suriya tərəfi daha əvvəl Suriya ilə digər ölkələr arasında bağlanmış müqavilələri ləğv etmişdi. Onun sözlərinə görə, yeni sazişlər Suriyanın qanuni çərçivəsinə uyğun olmalıdır.

//Samir Qurbanov, Editor.az