Bu gün saat 10:00-da İstanbulda, Rusiya Baş Konsulluğunun binasında Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ikinci raundu başlayıb.
Rusiya nümayəndə heyətinə Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev, amerikalı nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edir.
Qeyd edək ki, Rusiya-Amerika məsləhətləşmələrinin birinci raundu fevralın 27-də İstanbulda – ABŞ baş konsulunun iqamətgahında baş tutmuş və altı saatdan çox davam etmişdi. KİV-in məlumatına görə, bugünkü görüş bir neçə saat davam etsə də, birincidən daha qısa olacaq.
//Samir Qurbanov, Editor.az