İstanbulda silahlı hücum: Ölən və yaralananlar var – FOTO/VİDEObackend

İstanbulda silahlı hücum: Ölən və yaralananlar var – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində, Beyoğlu rayonunda baş verən silahlı hücum nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Verilən məlumata görə, üç şübhəli şəxs silahla ətrafa atəş açıb. 20 yaşlarında olduğu müəyyən edilən şübhəlilər daha sonra hadisə yerindən qaçıblar.

Hadisənin baş verdiyi əraziyə polis və tibb qrupları gəlib.

Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan biri müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Yaralananların birinin vəziyyəti ağırdır.