İstanbulda SOCAR-a hücumu kimlər və niyə təşkil edib?backend

İstanbulda SOCAR-a hücumu kimlər və niyə təşkil edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan İsrailə neft satır” kimi feyk məlumatlar üzərindən SOCAR-ın İstanbuldakı inzibati binasına hücum edən radikal qrupun nə Türk Birliyi ideologiyasına, nə də İslam fəlsəfəsinə aidiyyatı ola bilməz.

Bu adamların dərdi Fələstin də deyil.

Burada məqsəd bütün Türk dünyasına örnək olan Azərbaycan -Türkiyə qardaşlığına kölgə salmaq, strateji tərəfdaşlığımızın simvollarından birinə çevrilən SOCAR-ı Türkiyə ictimai rəyində ləkələmək və nüfuzdan salmaqdır.

SOCAR Türkiyədə “Petkim” və “Star Rafineri” kimi iri biznes layihələrinin sahibidir, minlərlə adama iş yeri açan, milyonlarla dollar vergi verən, Türkiyə iqtisadiyyatına böyük dəyər qatan bir şirkətdir. İllərdir Qarabağda müsəlman azərbaycanlıların qətlə yetirilməsinə, məscidlərdə donuz saxlanılaraq təhqir edilməsinə səs çıxarmayan bu İranmeyilli radikal qrupun hücumunun məqsədi bu qardaşlığı və əməkdaşlığı hədəf almaqdır.

Amma alınmadı və alınmayacaq. Bu təxribatçı qruplara media və sosial şəbəkələrdə ən yaxşı cavabı elə qardaş Türk xalqı verdi.
Azərbaycan Türkiyə qardaşlığı əbədidir!

Fərid Şahbazlı
Siyasi şərhçi