Türkiyə polisi İstanbulda əyləncə məkanlarında keçirdiyi genişmiqyaslı reyd zamanı turistlərə hücum etməkdə şübhəli bilinən 96 nəfəri saxlayıb.
Bəzi işlər artıq məhkəməyə göndərilib.
Editor.az bildirir ki, bu barədə TELE1 telekanalı məlumat yayıb. “İstanbulda əyləncə məkanlarına gətirdikləri turistlərə böyük məbləğdə pul ödəməyə məcbur etmək məqsədi ilə hücum edən 96 şübhəli saxlanılıb, bəzi işlər məhkəməyə verilib”, – Türkiyə telekanalı xəbər verib.
Bu cür əməliyyatlar eyni vaxtda İstanbulun 13 bölgəsində həyata keçirilib. Müəyyən edilib ki, şübhəlilər əyləncə məkanlarına gələn turistlərdən həddindən artıq çox pul alıb, onların mobil telefonlarını və pul kisələrini götürüb, hətta pul verməkdən imtina edən müştəriləri döyüblər.
//Samir Qurbanov, Editor.az

