İstanbulda Türkiyə-Rusiya-BMT görüşü baş tuta bilərbackend

İstanbulda Türkiyə-Rusiya-BMT görüşü baş tuta bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hakimiyyəti və BMT Rusiya nümayəndə heyəti ilə taxıl sazişi üzrə danışıqların imkanlarını araşdırır.

Editor.az bildirir ki, bu barədə “RİA Novosti” öz mənbələrinə istinadən xəbər verir.

Onun sözlərinə görə, danışıqlar İstanbulda baş tuta bilər. “Hazırda bu görüşün imkanları üzərində işləyirik. Müzakirə üçün konkret təkliflər hazırlayırıq. Əlaqələr müvafiq kanallardan keçir. Proses dayanmır”, – agentliyin mənbəsi deyir.

O, görüşün nə vaxt keçirilə biləcəyini dəqiqləşdirməyib. Qeyd edək ki, Rusiya iyulun 18-də “taxıl sazişi”ndən çıxıb.

//Samir Qurbanov, Editor.az