İstanbulda yanğın: 27 nəfər həlak olub, xeyli sayda yaralı varbackend

İstanbulda yanğın: 27 nəfər həlak olub, xeyli sayda yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Şişli rayonunda 16 mərtəbəli binada yanğın baş verib.

Editor.az CNN Türk-ə istinadən xəbər verir ki, son məlumatlara görə, 27 nəfər həlak olub, daha 11 nəfər yaralanıb, onlardan 7-nin vəziyyəti ağırdır. “THT Haber”in məlumatına görə, üç zərərçəkən xəstəxanaya yerləşdirilib. İstanbul səlahiyyətliləri yanğının təmir işləri zamanı başladığını bildiriblər.

“Milliyet” Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, yanğın artıq söndürülüb. 16 mərtəbəli binanın birinci mərtəbəsində Ramazan bayramı münasibəti ilə müvəqqəti bağlanan Masquerade gecə klubu yerləşir. CNN Türk-ün məlumatına görə, təxminən saat 13:00-da partlayış baş verib, daha sonra yanğın başlayıb. Klubdakı insanlar bloklanıb. İstanbul Prokurorluğu faktla bağlı araşdırmalara başlayıb və iş üzrə 3 prokuror təyin edilib.

CNN Türk-ün məlumatına görə, beş nəfər, o cümlədən üç “məmur” və klubda təmir işləri aparan iki məsul şəxs saxlanılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təfərrüatları aydınlaşdırmaq üçün daxili işlər naziri Əli Yerlikaya ilə insidenti müzakirə edib. İstanbul valisi Davud Gül yanğın yerinə baxış keçirmək üçün gəlib.

//Samir Qurbanov, Editor.az