İstanbulda yaşayış binası çökdübackend

İstanbulda yaşayış binası çökdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər tezdən İstanbulun Avropa hissəsində, Bahçelievler məhəlləsində dördmərtəbəli yaşayış binası uçub.

Editor.az bildirir ki, bu barədə Türkiyənin NTV telekanalı xəbər verib. Hadisə yerinə yanğınsöndürənlər, polis, AFAD və tibb qrupları sövq edilib və çatan kimi hadisə yerini mühasirəyə alıb və xilasetmə işlərinə başlayıb. Xilasedicilərin işi ona görə çətinləşir ki, dağıntılar altında insanlar ola bilər və dağıntıların çıxarılması maksimum ehtiyat tədbirləri ilə aparılmalıdır. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur, hadisənin səbəbləri aydınlaşdırılır.

//Samir Qurbanov, Editor.az