İstanbuldan qalxan təyyarədə MÜƏMMA: çox sayda insan təhlükə altına düşdübackend

İstanbuldan qalxan təyyarədə MÜƏMMA: çox sayda insan təhlükə altına düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbuldan Hamburqa uçan “Pegasus” Hava Yollarına aid təyyarədə meyit tapılıb.

Bu barədə çərşənbə axşamı “Focus” onlayn nəşri məlumat yayıb .

Bildirilib ki, dərhal sonra yarılma və ölüm səbəbinin müəyyən edilməsi zamanı onun koronavirusa yoluxduğu məlum olub.

Hadisə oktyabrın 25-də baş verib. Ölən şəxs Almaniyanın Şlezviq-Holşteyn əyalətinin 51 yaşlı sakinidir. Onun hansı məqsədlə İstanbula getdiyi hələlik məlum deyil.

Hazırda onun yoluxmuş halda təyyarəyə necə mindiyi araşdırılır. Hamburqun Səhiyyə İdarəsi qeyd edib ki, ümumilikdə Türkiyədən qayıdan hər bir sərnişin ya peyvənd sertifikatı, ya da koronavirus testinin mənfi nəticəsi təqdim etməlidir. Onlar mərhumun yanında təyyarədə uçan hər kəsin hadisə ilə bağlı məlumatlandırılacağını və karantinə alınacaqlarını vurğulayıblar.

“Pegasus” Hava Yolları həmin şəxsin yalnız koronavirus qaydalarına əməl olunduğu təqdirdə uça biləcəyini söyləyib.

Aviaşirkətin məlumatına görə, enişdən əvvəl o, peyvənd sertifikatı təqdim edib.

//publika.az