İstanbulu Yunanıstan ərazisi kimi göstərən ABŞ kanalı üzr istəyibbackend

İstanbulu Yunanıstan ərazisi kimi göstərən ABŞ kanalı üzr istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Donbass əməliyyatı ilə bağlı xəbərdə İstanbulu Yunanıstan ərazisi kimi göstərən CBC News televiziya rəhbərliyi yayımda İstanbulu xəritədə yanlış təqdim etdiyi üçün üzr istəyib.

Editor.az “Sputnik Türkiyə”yə istinadən kanal rəhbərliyinin üzrxahlıq məktubunu təqdim edir:

“İstanbulu Türkiyənin deyil, Yunanıstanın bir hissəsi kimi səhv göstərən bu xəta diqqətimizə çatdırılan kimi düzəldildi. Biz bütün xəbərlərimizdə dəqiqlik prinsipinə əməl edirik və belə bir səhvin gələcəkdə təkrarlanmaması üçün nəşr proseslərinə yenidən baxacağıq. Bizə müraciət etdiyiniz və CBS News adından üzr istəmək imkanı verdiyiniz üçün təşəkkür edirik”.

CBC News-un Rusiya hərbi gəmilərinin Boğazlardan keçməsi ilə bağlı verdiyi xəbərdə İstanbulu Yunanıstan ərazisi kimi göstərərək dezinformasiya xarakterli fəaliyyət göstərməyə çalışmasının ardınca Prezident Kommunikasiyalar Direktoru Altun dərhal hərəkətə keçərək bu səhvin dərhal düzəldilməsini və lazımi izahatların verilməsini tələb edib.

Altun Türkiyənin ərazi bütövlüyünü müzakirəyə çıxara biləcək hər hansı addımın atılmaması üçün lazımi tədbirlərin görülməli olduğunu vurğulayıb.

//Gülnarə Abasova, Editor.az