İstanbulun Avropa hissəsindəki Esenyurt rayonunda Erol Olçok adına Mədəniyyət Mərkəzinin çoxmərtəbəli binasında yanğın baş verib.
Editor.az CNN türk-ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib. Hələlik zərərçəkənlər barədə məlumat yoxdur.
Fövqəladə hadisə yerindən çəkilən fotoşəkillərə görə yanğın bir neçə mərtəbəyə sıçrayıb, ətrafda tüstü görünür.
Yanğının nədən baş verdiyi məlum deyil. Alovların yanan binaya divardan divara qədər uzanan qonşu binalara keçə biləcəyi ilə bağlı qorxular da var.
//Samir Qurbanov, Editor.az