İstanbulun su ehtiyatı tükənir: anbarlardakı ehtiyat su cəmi 57 günə bəs edərbackend

İstanbulun su ehtiyatı tükənir: anbarlardakı ehtiyat su cəmi 57 günə bəs edər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda su ehtiyatının səviyyəsinin 20% azaldığı təxmin edilir.

Editor.az bildrir ki, Şəhər Su Təsərrüfatı və Kanalizasiya İdarəsinin nümayəndələri bildiriblər ki, hazırda su anbarlarının ehtiyatları tələb olunan 868 milyon kubmetrdən yalnız 180 milyon kubmetr təşkil edir.

Bu ilin aprel ayından su ehtiyatları 48,5 faizdən sürətlə azalır və bu yalnız 57 gün davam edə bilər. İstanbul rəhbərliyi 16 milyon əhalisi olan şəhərin hər gün təxminən 3,1 milyon kubmetr su istifadə etdiyini hesablayıb. İndi mövcud 10 su anbarından 7-si dayazlaşıb. Hazırda faktiki olaraq İstanbula su yalnız 44% dolu olan üç su anbarından verilir. Oktyabr ayında şəhərin bəzi ərazilərində leysan yağışlar yağsa da, bu, su təchizatının vəziyyətini yaxşılaşdırmayıb.

Türkiyə sinoptikləri yaxın 10 gündə yağıntı gözlənilmədiyini, su ehtiyatlarını yağışla doldurmağın mümkün olmayacağını bildirirlər. Qeyd olunur ki, bu ilin avqust ayı İstanbulda son 33 ilin ən quraq ayı olub. Bu, səlahiyyətlilərin su ehtiyatlarına qənaət etmək üçün bağların və parkların suvarma sisteminin bir hissəsini bağlamaq məcburiyyətində qalmasına səbəb olub.

//Samir Qurbanov, Editor.az