İstehlak bazarında qiymətlər niyə artır?- Ekspert açıqladıbackend

İstehlak bazarında qiymətlər niyə artır?- Ekspert açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aİ-95 ilə Aİ-98 markalı benzin ölkəyə xaricdən gətirilir. Çünki daxildə istehsal edilmir. Odur ki, bu növ markalı benzinlərin qiyməti sərbəst müəyyən edilir. Digər yanacaq növləri kimi dövlət tərəfindən tənzimlənmir. Ona görə də neftin dünya bazar qiymətləri qalxanda sözügedən növ markalı benzinlərin qiymətləri də bahalaşır, əksinə olduqda isə ucuzlaşır”.

Bu sözləri Editor.az- açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

 

O, bildirib ki, ölkədə istehlak qiymətlərinə gəldikdə isə, Aİ-95 ilə Aİ-98 markalı benzinlərin dəyərinin dəyişməsi buna təsir etmir:

“Çünki ölkədə ən çox Aİ-92 markalı benzin ilə dizel yanacağı istifadə olunur, bütün növ xərclərin tərkibində və maya dəyərində Aİ-95 ilə Aİ-98 markalı benzinlər deyil, Aİ-92 markalı benzin ilə dizel yanacağı oturur”.

Ekspertin sözlərinə görə ölkədə istehlak qiymətlərinin bahalaşmanın iki səbəbi var:

“Birincisi, ən çox işlənilən enerjidaşıyıcısı olan Aİ-92 benzinilə dizel yanacağının bu ilin yanvarında bahalaşması və fevralın 1-dən suyun tarifinin artırılması”

“İkincisi, pandemiya şəraitinin təsirləri (istehsala zərbə dəyməsi)Digər tərəfdən, neftin qiymətinin 70 ABŞ dollarından yuxarı qalxması ilə tələbatın bərpa olması və s. kimi amillər səbəbindən ilin əvvəlindən dünya üzrə də bahalaşmanın baş verməsi də az əhəmiyyətli sayılmır”.

Ekspert qeyd edib ki, bahalaşmanın başqa səbəbləri də var:

“Bu da ölkəyə idxalın genişlənməsidir. Özü də əsas ticarət tərəfdaşı olan ölkələr tərəfindən bu baş verir.Hansı ki, həmin ölkələrdə milli valyutalar həm də ABŞ dollarına nəzərən ucuzlaşmaqdadır. ABŞ dolları dünya üzrə də möhkəmlənir, manat isə bunun müqabilində eyni nöqtədə “ilişib qalıb”. Yəni, bahalaşmağa meyillidir. Belə şəraitdə isə istehlak bazarında qiymətlərin yüksəlməsi qaçılmaz xarakter daşıyır və daşımalıdır da”.

//Gülnarə Abasova, Editor.az