İsti havalarda hansı yeməklərə üstünlük verilməlidir?backend

İsti havalarda hansı yeməklərə üstünlük verilməlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli dietoloq Aslıhan Şahiner isti yay günlərində asan həzm olunan yüngül qidalara üstünlük verilməsi barədə xəbərdarlıq edib.

Dietoloq yayda temperaturun və rütubətin artması ilə qidalanmamızda müəyyən fərqlər yarandığını qeyd edib: “Maddələr mübadiləsini hava istiliyinə və mövsüm dəyişikliklərinə uyğunlaşdırmaq üçün xüsusilə fərqli bir pəhriz yaratmalıyıq. Mineral və maye itkisinin qarşısını almaq üçün kiloqram başına təxminən 30 ml maye qəbul etməliyik. Səhər, enahar və axşam yeməklərində qızardılmış yeməklərdən uzaq durmalıyıq. Pəhrizimizdə yüngül qidalara üstünlük verməliyik. Pişirmə üsulu bizim üçün çox önəmlidir. Xüsusilə manqalda, buxarda, qaynadılmış bişirmə üsullarına üstünlük verməliyik. Səhər yeməyində daha çox az yağlı pendirlər istehlak etməliyik. Adi ağ unlu qidalar əvəzinə tam taxıllı çovdar unu çörəklərinə üstünlük verməliyik”.

Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, eyni zamanda həkim qeyd edir ki, xüsusilə lif qəbulu baxımından süfrələrimizə daha çox tərəvəz və salat tipli məhsulları daxil etməliyik. Ümumdünya Səhiyyə Təşkilatına görə, gündə 5 porsiyaya qədər meyvə və tərəvəz qəbuluna diqqət etməliyik. Desert seçimlərində daha çox şərbətli desertlər yerinə südlü desertlərə və ya dondurmaya diqqət yetirməliyik. Xüsusilə səhər yeməyimizdə bal, bəkməz, mürəbbə kimi məhsullar əvəzinə şəkər ehtiyacımızı meyvə məhsullarından qarşılamalıyıq”.

Həkim bu dövrdə süd məhsullarına üstünlük verilə biləcəyini vurğulayıb. “Hərəkətimizi, idmanımızı laqeyd qoymadan fəaliyyətimizi mütləq artırmalıyıq. Xüsusilə havanın temperaturunun artması ilə mineral itkisinin qarşısını almaq üçün maye qəbuluna diqqət yetirməliyik. Artan maye ehtiyacını su və ya mineral su ilə əvəz etməliyik. Ümumiyyətlə, kofeinli qidalardan, çay və qəhvə kimi qidalardan uzaq durmalı, daha çox süd məhsullarına üstünlük verməliyik. Şəkərsiz meyvə suyu istehlak edə bilərik. Bilməliyik ki, heç bir qida suyu əvəz edə bilməz”,- deyə o, yekunlaşdırıb.

//Safura Bənnayeva, Editor.az