İstirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏbackend

İstirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda istirahət mərkəzində 10 nəfər zəhərlənib.

Editor.az  Nabranda yerləşən “Məkan” istirahət mərkəzində yeməkdən sonra 10 nəfərin vəziyyəti pisləşib.

Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:

“11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir”.

İlkin ehtimala görə onlar qidadan zəhərlənib.

Fakt araşdırılır.