İsveçli politoloq və müstəqil araşdırmaçı Qreq Simons müsahibəsində ABŞ və Aİ-nin Rusiya-Ukrayna münaqişəsinin nəticələrindən məyus olacağını bildirib.
Editor.az bu barədə Lenta.ru-ya istinarla xəbər verir.
“ABŞ və Aİ Ukraynanın son qələbəsindən sonra Rusiyanı məhv etməyə ümid edir. Onların çox məyus olacaqları sözsüzdür”, – politoloq bildirib. O, həmçinin izah edib ki, prezident Co Bayden və prezidentliyə namizəd Kamala Harrisin rəhbərlik etdiyi ABŞ Demokratik Partiyası Rusiyanın məğlubiyyətinin tanınmasını noyabr ayına qədər, hərbi əməliyyatları isə qəsdən qarşıdan gələn prezident seçkilərinə qədər təxirə salıb.
Bundan əvvəl Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Moskva ilə Kiyev arasında sülh sazişi imzalanacağı təqdirdə Ukrayna qoşunlarının Qərbin müdaxiləsi olmadan ölkədə çevriliş etmək istəyə biləcəyini bildirmişdi.
//Gülnarə Abasova, Editor.az