İsveç artıq NATO üzvüdürbackend

İsveç artıq NATO üzvüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan parlamenti İsveçin NATO-ya üzv olmasına səs verib.

Elan edilmiş səsvermənin nəticələrinə görə, böyük əksəriyyət – 188 deputat lehinə olub. Altı nəfər əleyhinə səs verib. Baş nazir səsvermədən əvvəl qanunvericilərə müraciət edib. Viktor Orban onları Stokholmun təklifini ratifikasiya etməyə çağırıb. Arqumentlərdən biri kimi o, bu addımın Macarıstanın özünün təhlükəsizliyinə müsbət təsirini göstərib.

Qeyd edək ki, Budapeştdən başqa bütün digər NATO ölkələri İsveçin alyansa daxil olmasını demək olar ki, dərhal dəstəkləyiblər. Proses ən çox vaxt aparıb. Ərizə 2022-ci ilin yazında verilsə də yalnız bir ay əvvəl Türkiyə parlamenti yeni üzvün alyansa daxil olmasını təsdiqləyib. Rəsmi prosedurlar başa çatdıqdan sonra NATO 32 ölkədən ibarət olacaq.

//Samir Qurbanov, Editor.az